5 C
Baku
Saturday, December 14, 2024

“Pepsico Azərbaycan”ın yarım milyon manata yaxın vergi borcu var – Yenilənib

24.09.2024  15:50 Məlumat əlavə edildi

Aşağıda qeyd olunan borc şirkət tərəfindən tam olaraq ödənilmişdir.


“Pepsico Azərbaycan” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Pepsico Azərbaycan” MMC-nin vergi borcu 480 751.14 manatdır. Bu vergi borcu 22.09.2024-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Pepsico Azərbaycan” 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 792 168 manatdır və qanuni təmsilçisi Şahid Muxtarovdur.

Son xəbərlər
Digər xəbərlər