12 C
Baku
Friday, March 29, 2024

“PepsiCo” böyük markalara sahib olan şirkəti $1,7 milyarda satın aldı

Qida və içki istehsalçısı “PepsiCo”, “Weet-Bix”, “Liqui-Fruit”, “Ceres”, “Sasko”, “Safari”, “Spekko” və “White Star” kimi tanınmış markalara sahib olan “Pioneer Foods”u alıb.

“Pioneer Foods” Afrika mənşəli əsas qidalarda güclü bir mövqeyə sahibdir. Bu həmlə ilə şirkət Sudan istisna olmaqla, ümumilikdə bölgədə istehsal və böyümə qabiliyyətini artırmış olacaq.

“PepsiCo”nun prezidenti və CEO-su Ramon Laguarta deyib ki, “Qida və içki kateqoriyasından faydalanaraq, qlobal lider olmaq vizyonumuza nail oluruq. Cənubi Afrikanın qabaqcıl içki və qida şirkətlərindən biri olan “Pioneer Foods” ilə əməkdaşlıq etməkdən böyük həyəcan duyuruq. “Pioneer Foods”un alınması Afrikadakı işlərimizi böyütmək üçün fürsətdir. Bu, həmlə təkcə Cənubi Afrikada deyil, Sudan istisna olmaqla, digər Afrika ölkələrində inkişaf etmə strategiyamızın bir hissəsini təşkil edir”.

“Pioneer Foods” CEO-su Tertius Carstensisə yeni alış ilə bağlı bildirib ki, təxminən 1,7 milyard dollar dəyərində alış “Pioneer Foods” cəbhəsində həyəcan verici dönüş nöqtəsidir: “PepsiCo-nun bir hissəsi olaraq, lider markalarımızı böyütmək üçün daha böyük imkanlara, yerli təsərrüfata, insanlara investisiya etmək üçün sərmayəyə sahib olacağıq. Həmçinin qlobal imkanlarla əlçatan olacağıq və şirkətimizi daha da yüksəyə qaldırmaq üçün qərarlı ortağımız olacaq”, – bildirib.

Facemark.az

Son xəbərlər
Digər xəbərlər