Azərbaycanda daha iki şirkət birləşir.
Banker.az-ın məlumatına görə, “AZF CO LTD” MMC fəaliyyətinə xitam verilərək “Mars Overseas Baku LTD” MMM-yə qoşulur.
“Mars Overseas Baku LTD” MMM “AZF CO LTD” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMM öz fəaliyyətinə 1999-cu ildə başlayıb, nizamnamə kapitalı 15 121 600 manatdır və qanuni təmsilçisi Qabil Əhmədovdur.
Bu şirkət “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir.