10 C
Baku
Friday, December 13, 2024

“PepsiCo” şirkəti “Tropicana” və digər markaları 3.3 mlrd. dollara satır

“PepsiCo” şirkəti “Tropicana”, “Naked” və Amerikanın digər meyvə şirələri markalarını “PAI Partners”a 3.3 milyard dollara satacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bununla yanaşı, “Pepsi” ABŞ-dan satılan meyvə şirələri markalarını qida xidməti kimi kanallar vasitəsilə yaymaq hüququnu əldə edəcək.

“PAI Partners” müqavilədən sonra Avropada bəzi “Pepsi” müəssisələrini satın ala biləcək.

“Pepsi” əldə etdiyi pulları maliyyə vəziyyətini gücləndirmək və biznesə investisiya yatırmaq kimi sahələrə xərcləyəcəyini bildirib. 2020-ci ildə müqavilədə iştirak edən markalar “Pepsi”yə təxminən 3 milyard dollar gəlir gətirib. 2020-ci ildə “Pepsi”nin xalis mənfəəti 70.37 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə “Pepsi” səhmləri 5% artaraq bazar dəyərini 216 milyard dollara yüksəldib.

Son xəbərlər
Digər xəbərlər