“PepsiCo” şirkəti son 25 il ərzində ilk dəfə olaraq yeni loqo və korporativ üslubunu təqdim edib. Yeni üslub şirkətin rəsmi saytında yerləşdirilib, yeni şüar isə belə səslənir: “Yeməklər. İçkilər. Təbəssümlər”.
“PepsiCo”nun baş direktoru Ramon Laguarta bildirib ki, yeni kimlik “enerjini, optimizmi və iddiaları əks etdirən dəyişimin simvoludur”.
Yeni loqonun əsasını “P” hərfi təşkil edir. Onu əhatə edən simvollar, şirkət nümayəndələrinin sözlərinə görə, istehlakçı yönümlülüyü, dayanıqlı inkişafı və dadı ifadə edir. Həmçinin loqonun mərkəzində təbəssüm yerləşir — bu, şirkətin “hər qurtum və hər tikə ilə daha çox təbəssüm bəxş etmək” missiyası ilə əlaqəli “vizual siqnal”dır.
Yeni korporativ şrift kiçik hərflərdən ibarətdir və “daha əlçatan hiss” yaradır, rəng palitrası isə “bərəkətli torpaqlardan” və içkilərin tonlarından ilhamlanıb.








