Transmilli korporasiya “PepsiCo” süni ət istehsalçısı olan “Beyond Meait” ilə ortaq müəssisə quracaq.
Banker.az bu barədə “Secretmag.ru”ya istinadən xəbər verir.
Yeni şirkət bitki mənşəli protein əvəzediciləri ilə qəlyanaltılar və içkilər istehsal edəcək.
“Beyond Meat”ın saytında bildirildiyi kimi, ortaq müəssisə “PLANeT Partnership” adlanacaq. “PepsiCo” süni ət istehsalçısına paylama və marketinq qaynaqlarına çıxış imkanı verəcək və yeni istehsal xətlərinin açılmasına kömək edəcək. Tərəfdaşlığın maliyyə şərtləri açıqlanmır.
Bu xəbərin fonunda “Beyond Meat” şirkətinin NASDAQ birjasındakı səhmləri hər səhm başına 39% artaraq 221 dollara çatıb. Qeyd edək ki, daha əvvəl bu qiymət 186.20 dollar olub.
“Beyond Meat” – ən böyük və ən məşhur süni ət istehsalçısıdır. Hal-hazırda ABŞ bazarının təxminən 13%-i onun payına düşür. Şirkət məhsullarını bitki zülalı (noxud, lobya, soya) əsasında hazırlayır. “Beyond Meat”ın ilk investorları arasında “Microsoft”un qurucusu Bill Qeyts və aktyor Leonardo Di Kaprio var. 2019-cu ilin may ayında şirkət birjaya çıxıb, bundan sonra səhmləri 800% artıb.
“Pepsi”, “7Up”, “Mirinda”, “Lay’s”, “Cheetos”, “Doritos” və digər brendlər “PepsiCo” korporasiyasına məxsusdur. O, sərin içkilərin ən böyük istehsalçılarından biri sayılır.