26 C
Baku
Saturday, July 27, 2024

“PepsiCo” yuxusuzluğun öhdəsindən gəlməyə kömək edən lavanda ətirli içki təqdim edib

“PepsiCo” şirkəti stresin öhdəsindən gəlməyə, o cümlədən daha tez yuxuya getməyə kömək edən lavanda ətirli içki təqdim edib. CNBC-nin qeyd etdiyi kimi, yeni olan bu məhsulun adı Driftwell olacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, içkinin tərkibinə 200 mq L-teanin (yaşıl çayın və bəzi göbələklərin tərkibində olan aminturşusu) daxildir. Bəzi araşdırmalara görə, bu maddə yuxunun keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, stresin fiziki təzahürünü azaldır. Bundan əlavə, Driftwell-in tərkibində maqnezium da var.

İçki 7,5 unsiya (təxminən 220 ml) min-bankalarda istehsal olunacaq. “PepsiCo” bu miqdarı optimal hesab edir və əlavə olaraq bildirir ki, içki 2020-ci ilin dekabrında internet-mağazalarda, 2021-ci ildən etibarən isə ABŞ-ın ərzaq mağazası şəbəkələrində almaq mümkün olacaq.

“Euromonitor International”in qiymətləndirmələrinə görə, ABŞ-da funksional içkilər bazarı 2,97 milyard dollara çatıb və 2020-ci ildə daha 5% artım gözlənilir. Rahatlayıcı içkilər daha az çeşidli kateqoriya olsa da, yaxın müddət ərzində ABŞ-da gündəlik həyatın bir hissəsinə çevrilə bilər.

“Bu, yeni kateqoriyadır və düşünürəm ki, biz bu sahədə birinci ola bilərik”, – deyə şirkətin innovasiyalar bölməsinin vitse-prezidenti Emili Silver söyləyib.

Son xəbərlər
Digər xəbərlər