“Performance Center Co” MMC-nin Baş Ofisi üçün Xarici İqtisadi Əlaqələr üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
İş haqqında
– Xarici iqtisadi əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması 
– Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq 
– Şirkəti yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil etmək 
– Təchizatla bağlı xarici şirkətlərlə danışıqlar aparmaq 
– Logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin təşkili
– İşlə bağlı yazılı və şifahi tərcümələr etmək 
– Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək 
– Həftədə 6 iş günü, istirahət günü – bazar günü 
– Əmək haqqı: 800-1400 AZN
Tələblər
– Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə) 
– Cins: Kişi 
– Xarici iqtisadi əlaqələr sahəsində ən azı 2 il iş təcrübəsi 
– Avtomobilin texniki xüsusiyyətləri və ehtiyat hissələri haqqında dolğun informasiyaya sahib olmaq 
– Dil bilikləri: Azərbaycan dili , rus və ingilis dillərini yüksək səviyyədə bilməli
– Planlaşdırma, analiz və idarəetmə bacarığı 
– Rəsmi görüşlər keçirmək və beynəlxalq yazışmalar etmək bacarığı
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 iyun 2017-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

                                    





