30 C
Baku
Thursday, August 14, 2025

“Perplexity” $20 milyard qiymətləndirmə ilə investisiya cəlb etməyi planlaşdırır

Süni intellekt axtarış sistemi olan “Perplexity” 20 milyard dollar qiymətləndirmə ilə investisiya cəlb etmək istəyir, bu barədə “Business Insider” məlumat yayıb. Xatırladaq ki, hələ 2024-cü ildə şirkət 9 milyard dollar dəyərində qiymətləndirilib.

Bildirilir ki, investisiya məbləği açıqlanmır. Daha əvvəl – 2025-ci iyulunda “Perplexity” 18 milyard dollar qiymətləndirmə ilə 100 milyon dollar cəlb edib.

2022-ci ildə yaradılan “Perplexity” öz süni intellekt botu üzərində işləyir. Xidmətin ayda 20 ABŞ dollarlıq ödənişli və ödənişsiz versiyası var. 2025-ci ilin iyul ayında şirkət “Comet AI” brauzerini təqdim edib.

Son xəbərlər
Digər xəbərlər