24 C
Baku
Wednesday, August 13, 2025

“Perplexity” “Google Chrome”u $34.5 milyarda almaq istəyir

Amerikanın süni intellekt tərtibatları ilə məşğul olan “Perplexity” şirkəti “Alphabet”in “Chrome” brauzerini 34.5 milyard dollara almaq təklifi ilə çıxış edib. Təklif “Alphabet” tərəfindən hələ təsdiqlənməyib.

“The Wall Street Journal”a görə, “Perplexity” startapı təxminən 18 milyard dollar, “Chrome” isə 20-50 milyard dollar dəyərində qiymətləndirilir. Bildirilir ki, satınalma təklifi “bəzi böyük vençur kapitalı firmaları da daxil olmaqla bir sıra investorlar” tərəfindən dəstəklənib.

Mütəxəssislər süni intellektlə işləyən startapın “Chrome”u satın alacağına şübhə ilə yanaşırlar. Eyni zamanda, onlar qeyd edirlər ki, ABŞ hakimiyyəti hazırda “Alphabet” ilə bağlı antiinhisar araşdırması aparır. Bu, korporasiyanın bəzi aktivlərinin, o cümlədən “Chrome” brauzerinin məcburi şəkildə ləğv edilməsi ilə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər