26 C
Baku
Thursday, September 11, 2025

“Perplexity” investorlardan daha $200 milyon cəlb edib

Süni intellekt startapı “Perplexity” investorlardan əlavə 200 milyon dollar cəlb edib — onun dəyəri 20 milyard dollara çatıb, “The Information” yazır. Xatırladaq ki, ki ay əvvəl şirkət 100 milyon dollar cəlb etmişdi, onda startapın dəyəri 18 milyard səviyyəsində qiymətləndirilmişdi.

Yeni vəsait digər şirkətlərin alınmasına yönəldilə bilər. Son bir ildə “Perplexity” “Carbon” startapını və “Sidekick” şirkətini alıb, həmçinin “Rhymes AI”dan əməkdaşlar cəlb edib.

Son yarımildə startap təxminən hər iki ayda bir investisiya raundu keçirib. Analitiklər bunu süni intellekt texnologiyalarının yüksək xərcləri və investorların fəallığı ilə izah edirlər.

2022-ci ildə yaradılmış “Perplexity” süni intellekt əsasında “Google”a alternativ hazırlayır: axtarış sistemi internetdən aktual məlumat toplayır, mənbələrə keçid göstərərək suallara cavab verir, mətnləri xülasə edir və strukturlaşdırır.

2024-cü ildə “Perplexity” Ceff Bezos, “Y Combinator”ın rəhbəri Harri Tan, “Nvidia” və “AngelList”in təsisçisi Naval Ravikant kimi investorların strukturlarından 387 milyon dollar cəlb edib. Ümumilikdə startap indiyədək 1.5 milyard dollardan çox maliyyə toplayıb. Avqustda şirkət “Google”un “Chrome” brauzerini 34.5 milyard dollara almağı təklif etmişdi.

Son xəbərlər
Digər xəbərlər