32 C
Baku
Sunday, July 14, 2024

Peru hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib

Peru hakimiyyəti Lima departamentində və bir sıra digər bölgələrdə fövqəladə vəziyyət elan edib.

Bu barədə “El Peruano” hökumət qəzetinin saytında dərc olunan sərəncamda deyilir.

Etirazçılar dövlət başçısı Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Yanvarın 15-dən etibarən Puno, Kusko, Lima departamentlərində, müstəqil Kallao əyalətində, Apurimac departamentinin Andahuaylas əyalətində, Tambopata və Tahuamanu əyalətlərində, Torata bölgəsində, Mariskal Nieto əyalətində, habelə bir neçə magistral yollarda 30 gün müddətinə fövqəladə vəziyyət tətbiq edilib.

Qeyd edək ki, təkcə Perunun Hulyaka şəhərində hökumət əleyhinə etirazlarda azı 17 nəfər ölüb, 38 nəfər yaralanıb. Ölənlərdən biri azyaşlıdır.

Son xəbərlər
Digər xəbərlər