11 C
Baku
Sunday, November 17, 2024

Peru hökuməti 1 aylıq fəaliyyətdən sonra istefaya gedib

Peru Prezidenti Pedro Kastilyo Qido Belyido Uqarte hökumətini istefaya göndərib.

TASS xəbər verir ki, siyasətçi bu barədə xalqa müraciətində bildirib.

“Bu gün dövlətə xidmətinə görə təşəkkür etdiyim Nazirlər Şurasının sədri Qido Belyido Uqartenin istefası qəbul edildi. Bildirirəm ki, yeni kabinet bu gün axşam saat 20:00-da (Bakı vaxtı ilə saat 05:00-da) and içəcək”, – deyə Peru lideri prezident administrasiyasının yutub kanalında yayımlanan müraciətində bildirib.

Kastilyo qeyd edib ki, bu qərar “idarəetmənin səviyyəsini artırmaq” və “səlahiyyətlər arasında tarazlığı” qorumaq məqsədilə qəbul olunub. O, eyni zamanda, ölkənin siyasi qüvvələrini ideoloji fikir ayrılıqlarından imtina edərək dövlətin mənafelərinə səsləyib.

Qeyd edək ki, radikal solçu Kastilyo prezident seçkilərinin ikinci turunda ifrat sağçı müxalifəti təmsilçisi, keçmiş diktator Alberto Fuhimorinin qızı Keyko Fuhimorini kiçik səs fərqi ilə məğlub edərək iyulun sonunda vəzifəsinin icrasına başlayıb. Kastilyo hökumətinin tərkibi avqustun sonunda parlament tərəfindən təsdiqlənib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər