24 C
Baku
Thursday, June 30, 2022

Peru koronavirusdan ölüm sayına görə dünyada lider oldu

Peru hökuməti COVID-19-dan ölüm nisbətini 2.5 dəfə artırıblar, nəticədə ölkə koronavirusdan ölüm sayına görə dünyada birinci yerə çıxıb. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “BBC” məlumat verib.

Perunun baş naziri Violeta Bermudes jurnalistlərə bildirdiyi kimi, göstəricilər yerli və beynəlxalq mütəxəssislərin tövsiyəsi ilə yenidən hesablanıb. Yeni məlumatlara görə, pandemiya başlayandan bəri Peruda 180 764 nəfər ölüb. Beləliklə, 100 min insana 500-dən çox ölüm düşür. Xatırladaq ki, daha əvvəl bu baxımdan Macarıstan liderlik edib.

Eyni zamanda Peru ilə qonşu olan ölkələrdə vəziyyət tamamilə fərqlidir. Əhalinin ən çox olduğu Kolumbiyada pandemiya başlayandan 88 min nəfər, Braziliyada isə 462 min nəfər ölüb. Buna baxmayaraq, 211 milyon əhalisi olan Braziliyada adambaşına düşən ölüm sayı Peru ilə müqayisədə daha aşağıdır.

Son xəbərlər
Oxşar xəbərlər