Peru hökuməti Meksika ilə diplomatik münasibətləri kəsmək qərarı qəbul edib. Bunun səbəbi Meksikanın Limadakı səfirliyində ölkənin keçmiş Baş naziri Betssi Çavezin sığınacaq tapmasıdır. Betssi Çavez üsyan təşkil etməkdə ittiham olunur. Bu barədə Peru xarici işlər naziri Uqo de Sela bildirib. O, Çavezə sığınacaq verilməsini Perunun “dost olmayan hərəkəti” kimi qiymətləndirdiyini vurğulayıb.
“Biz təəccüb və dərin təəssüf hissi ilə öyrəndik ki, eks-Baş nazir Betssi Çavez Meksikanın Peru üzrə səfirinin rezidensiyasında sığınacaq alıb. Bu dost olmayan hərəkət və Meksikanın hazırkı və keçmiş prezidentlərinin Perunun daxili işlərinə müdaxiləsinin təkrarlanması fonunda hökumət Meksika ilə diplomatik münasibətləri kəsmək qərarı qəbul edib”, — deyə xarici işlər naziri mətbuat konfransında bildirib.
10 oktyabrda Peru parlamenti ölkə prezidenti Dina Boluarta impiçment elan etmişdi. Bu, ölkədə təhlükəsizlik böhranı fonunda baş vermişdi. Bir qədər sonra Konqres sədri Xose Jerí yeni prezident kimi and içərək Peruda cinayətə qarşı müharibə elan edəcəyini və bütün dövlət institutlarına malik olduğunu, cinayətkarlığı “birdəfəlik” məğlub edəcəyini bildirib.


                                    




