Peru Konqresi (birpalatalı parlament) Prezident Pedro Kastilyoya qarşı növbəti impiçment prosedurunun başlanmasına icazə verib.
Bu barədə qanunverici orqanın tviter səhifəsində qeyd olunub.
“73 lehinə səslə Konqresin plenumu Pedro Kastiyoonun respublikanın prezidenti vəzifəsini tutmağa mənəvi cəhətdən qadir olmadığı elan edilməsi və onun vəzifəsindən kənarlaşdırılması təklifini qəbul edib”, – parlamentin açıqlamasında bildirilib.