12 C
Baku
Saturday, November 23, 2024

Peru Prezidenti istefa verməkdən imtina edib, erkən seçkilərə çağırıb

Peru Prezidenti Dina Boluarte tutduğu vəzifədən getməyi vacib saymadığını bildirib və Konqresi (ölkə parlamenti) növbədənkənar seçkilərə çağırıb.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Boluarte qeyd edib ki, onun istefası problemi həll etməyəcək.

Qeyd edək ki, dekabrın 16-da Konqres seçkilərin 2023-cü ilə təxirə salınması üçün təklif edilən konstitusiya islahatını təsdiqləməyib.

Xatırladaq ki, dekabrın 7-də Peru Konqresi qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək polis tərəfindən saxlanılan prezident Pedro Kastiloya qarşı impiçment elan edib. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.

Son xəbərlər
Digər xəbərlər