16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Peru XİN başçısı növbədənkənar peyvənd olunduğu üçün istefa verib

Screen Shot 2021 09 02 at 14.34.20

Perunun XİN rəhbəri həkimlərdən qabaq peyvənd olunduğuna görə istefa verib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Perunun keçmiş xarici işlər naziri Elizabet Astete tibb işçilərindən qabaq peyvənd olunduğuna görə istefa verib. Verilən məlumata görə, o və digər yüksək vəzifəli şəxslər bunu edəndə “Sinopharm” peyvəndi ölkədə hələm mövcud olmamışdı.

Perulular “ölkədə Covid-19-a qarşı mübarizə aparan bir çox insanları təhdid altına salan nazirin bu hərəkətindən qəzəbləniblər”.

“Mən bilirəm ki, böyük səhvə yol verim və bu səbəbdən ikinci dəfə peyvənd olunmamaq qərarına gəldim”, – deyə Elizabet Astete açıqlayıb. Qeyd edək ki, o, yanvarın 22-də peyvənd olunub.

Korrupsiyada ittiham olunmuş və noyabrın 9-da istefa vermiş Perunun keçmiş prezidenti Martin Viskarra koronavirusa qarşı 2020-ci ilin oktyabrında peyvənd olunub. Bildirildiyi kimi, Martin və onun yoldaşı peyvəndin sınaqları keçirildiyi müddətdə könüllü olublar. Buna baxmayaraq, sınaqları keçirən universitet bu məlumatı təkzib edib. Nəticədə Perunun səhiyyə naziri Pilar Matsetti də istefa verməli olub: o, informasiyanın gizlədilməsində ittiham olunub.

Xatırladaq ki, yanvarın əvvəlində Peru hökuməti “Sinopharm” ilə 38 milyon peyvənd dozasının tədarükü ilə bağlı müqavilə bağladığını açıqlamışdır. İlk partiya ölkəyə fevralın əvvəlində gətirilmişdir. Con Hopkins Universitetinin məlumatlarına görə, ümumilikdə indiyədək Peruda 1.2 milyon nəfər yoluxub, onlardan 43 min nəfər dünyasını dəyişib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər