14 C
Baku
Thursday, February 19, 2026

Peruda 2021-ci ildən bəri dördüncü müvəqqəti prezident seçilib

Peru qanunvericiləri parlament sədri Xose Mariya Balkasarı ölkənin müvəqqəti prezidenti seçiblər. O, bu vəzifədə dörd ay işlədikdən sonra istefaya göndərilən Xose Xerini əvəz edib.

“Bloomberg”in məlumatına görə, sol partiyadan olan deputat Balkasar 2021-ci ildə başlamış prezidentlik müddətinin qalan beş ayı ərzində Perunu idarə edəcək. O, bu dövrdə dördüncü, 2016-cı ildən bəri isə doqquzuncu prezident olub. Keçmiş dövlət başçılarından dördü həbsdədir. Xose Mariya Balkasar bu vəzifədə iki sağçı prezidentdən sonra sol partiyanı təmsil edən ilk prezident olacaq.

Xose Balkasar uşaq nikahlarının qadağan edilməsinə qarşı çıxaraq onların 14 yaşdan etibarən icazə verilməsini təklif etmiş və müəllimlərin tez-tez şagird qızlarla intim münasibətlərə girdiyini iddia etmişdi. Sonradan o, sözlərinin kontekstdən çıxarıldığını bildirib.

Fevralın 17-də Peru Konqresi ölkə prezidenti Xose Xeri barəsində etimadsızlıq votumu qəbul edib. Buna səbəb dövlət başçısının 2025-ci ilin dekabrında rəsmi qrafikə daxil edilməmiş Çinli sahibkarlarla görüşləri olub. Hazırda ölkə prokurorluğu bu işi araşdırır.

Son xəbərlər
Digər xəbərlər