23 C
Baku
Friday, October 10, 2025

Peruda prezidentin impiçment proseduru başlayıb

Peru Konqresi ölkə prezidenti Dina Boluarteyə qarşı impiçment prosedurunun başlanmasına səs verib. Fövqəladə səsvermə oktyabrın 9-dan 10-na keçən gecə, Konqresdəki bütün siyasi partiyaların nümayəndələri prezidentin vəzifədən uzaqlaşdırılması ilə bağlı vəsatət təqdim etdikdən bir neçə saat sonra baş tutub.

“Reuters”in məlumatına görə, impiçment prosesi bir neçə mərhələdən ibarətdir və hər mərhələdə ayrıca səsvermə keçirilir. Bu ilin iyul ayında Dina Boluarte maaşını iki dəfə artıraraq ayda 10 min dollara çatdırdığı üçün qalmaqalla üzləşib. Bu qərar prezidentin maaşının Cənubi Amerikada yalnız Boliviyadan aşağı olması ilə əsaslandırılıb.

Müxalifət siyasətçiləri isə bildiriblər ki, yeni maaş Peru üzrə minimum əmək haqqını 30 dəfə üstələyir, halbuki ölkədə yoxsulluq səviyyəsi 30%-ə yaxındır. İyul ayına olan məlumata görə, prezidentin reytinqi cəmi 2–4% səviyyəsində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər