Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib.
Bu barədə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
“Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, – məlumatda deyilir.
Xatırladaq ki, sabiq prezident 2022-ci il dekabrın 7-də dövlət çevrilişi etməkdə ittiham olunur.