Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.

Bu barədə bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.

“Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar”, – diplomatik nümayəndəlikdən vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları