Perunun yeni prezidenti Pedro Kastilyo oldu

“Azad Peru” sol radikal partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.

TASS xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bu halda bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə əsasən Kastilyoya 8 800 081 seçici (50,198 %) səs verib. Eyni zamanda 8 730 535 seçici (49,802 %) onun rəqibi, sağçı “Xalq gücü” partiyasından namizəd Keyko Fuximoriya səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi yaxud səsvermə hüququ olan vətəndaşların 25 %-dən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Qeyd edək ki, səslərin hesablanmasının başlanğıcından Fuximori liderlik edirdi.

Perunun yeni seçilmiş prezidenti iyulun 28-də vəzifəsinin icrasına başlayacaq. Onun səlahiyyət müddəti 5 ildir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.