14 C
Baku
Tuesday, April 16, 2024

Peşə məktəblərində tədrisin kredit sistemi ilə təşkili qaydası hazırlanacaq

Təhsil Nazirliyi peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini hazırlayacaq.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarında əksini tapıb.

Qərara əsasən, Təhsil Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Təhsil haqqında” qanuna uyğun olaraq, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər