12 C
Baku
Wednesday, December 11, 2024

Peşə hazırlığına cəlb edilən pay torpağı olan şəxslərə təqaüd veriləcək

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər