“Peşə təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi, akademik məzuniyyətlərin verilməsi, tələbənin təhsilini dayandırması, həmçinin xaricolunma və bərpa prosedurları ilə bağlı hüquqi normativ akt qəbul olunacaq”.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, ali və orta ixtisas təhsil pilləsi üzrə bu prosedurlara dair müvafiq normativ hüquqi aktlar olsa da, amma peşə təhsilində yox idi. İndi qanuna daxil edilib.
“Beləliklə, qanun qəbul olunsa, onun əsasında Elm və Təhsil Nazirliyi tərəfindən normativ hüquqi akt qəbul ediləcək və proses necə gəldi yox, qaydalar çərçivəsində tənzimlənəcək”.