“Ərdoğanın əminliklə Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, onlar sözəbaxan Türkiyəyə üstünlük verərdilər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci kanalın efirində bildirib.
“Türkiyənin suverenliyi və Türkiyənin suveren bir inkişaf kursuna sadiq qalması – bu artan diqqət predmeti və NATO-nun narahatlığı, ABŞ-ın narahatlığı üçün predmetdir. Ərdoğanın əminliklə Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, onlar sözəbaxan Türkiyəyə üstünlük verərdilər. Lakin bu, belə deyil. Türkiyə indi fərqlidir, inamla ayaqları üzərində dayanır”, – deyə Peskov bildirib.
Read more: https://sputnik.az/russia/20210429/426823225/kreml-absh-turkiye.html