Rusiyada qismən səfərbərlik elan edildikdən sonra hava limanlarında və sərhəd keçid məntəqələrində yaranan “ajiotaj”la bağlı məlumatlar çox şişirdilib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bununla bağlı çoxlu “feyk” məlumatların olduğunu söyləyib: “Hava limanlarında və sərhəd keçid məntəqələrinə hansısa “ajiotaj”ın yaşanması ilə bağlı informasiyalar çox şişirdilib. Bununla bağlı çoxlu “feyk” məlumatlar ortaya çıxır”, – deyə Kremlin sözçüsü vurğulayıb.