7 C
Baku
Monday, February 6, 2023

Peskov: “Ankara Paris və Berlindən fərqli mövqe tutur”

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla tez-tez təmasları Ankaranın vasitəçilik səylərini davam etdirmək istəyi və iki ölkə arasında geniş ticarət-iqtisadi əlaqələri ilə bağlıdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ankara Paris və Berlinin tutduğu mövqedən fərqli mövqe tutur. Ankara vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edir, bilirik ki, Prezident Putin Türkiyənin bu vasitəçilik səylərini dəfələrlə yüksək qiymətləndirib. Bundan əlavə, bizim Türkiyə ilə çox geniş ticarət-iqtisadi əlaqələrimiz var. Müxtəlif iri layihələr həyata keçirilir və bütün bunlar təbii olaraq dövlət başçılarının bir-biri ilə tez-tez ünsiyyət qurması üçün səbəbdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X