34 C
Baku
Wednesday, August 17, 2022

Peskov: “Deputat Delyaqinin sözləri heç bir halda Moskvanın xəttinə uyğun gəlmir”

Deputat Delyaqinin Rusiyanın Bakıdakı neft yataqlarına “zərbələr endirməsi” ehtimalı ilə bağlı sözləri heç bir halda Moskvanın xəttinə uyğun gəlmir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremilin sözçüsü Dimitri Peskov deyib.

Xatırladaq ki, “Azərbaycanlılar açıq şəkildə sülhü pozublar. Bizimkilər deyəndə ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu, Amerika və Türk aqressiya siyasətidir və bugünkü gündə real təhlükədir. Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu etməzsək, biz olmayacağıq”. – Rusiya Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin deyə qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər