28 C
Baku
Thursday, June 13, 2024

Peskov deyir ki, ilin sonuna kimi Ukraynadan qoşunların çıxarılmasından söhbət gedə bilməz

Kreml bu ilin sonuna kimi Ukraynadan Rusiya qoşunlarının çıxarılmasının mümkünlüyünə münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu ilin sonuna kimi Ukraynadan qoşunların çıxarılmasından söhbət gedə bilməz.

Eyni zamanda, o vurğulayıb ki, sülhə nail olmaq üçün Rusiyaya yeni regionların daxil olması ilə bağlı yeni reallıqları nəzərə almaq lazımdır.

“Ukrayna tərəfi bütün bu müddət ərzində formalaşmış reallıqları nəzərə almalıdır. Bu reallıqlar göstərir ki, Rusiya Federasiyasının yeni subyektləri var, onlar bu ərazilərdə keçirilən referendumlar nəticəsində yaranıb. Bu yeni reallıqları nəzərə almadan nizamlanma üzrə hər hansı irəliləyiş mümkün deyil”, – Kremlin sözçüsü qeyd edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər