Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik.
Bunu Yeni Media Festivalında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”, – Peskov qeyd edib.