17 C
Baku
Thursday, May 23, 2024

Peskov deyir ki, Türkiyə banklarının Rusiya şirkətlərinin hesablarını bağlamasının səbəbkarı ABŞ-dir

Kreml Türkiyə banklarının rusiyalı müştərilərinin problemlərindən xəbərdardır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə türkiyəli tərəfdaşları ilə fəal dialoq aparır.

Peskov Türkiyə banklarının məlum addımı atmasında ABŞ-ni ittiham edib.

“Türkiyə bankları tərəfindən Rusiya şirkətlərinin hesablarının bağlanmasına ABŞ-ın Türkiyəyə açıq və aqressiv təzyiqləri səbəb olur”, – Kremlin sözçüsü vurğulayıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər