23 C
Baku
Tuesday, October 1, 2024

Peskov Finlandiyanın NATO-ya daxil olmasını Rusiya üçün təhlükə adlandırıb

Finlandiyanın NATO-ya daxil olması Avropada sabitliyi və təhlükəsizliyi gücləndirmir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Finlandiyanın NATO-ya daxil olmasının Rusiya Federasiyası üçün təhlükə yaratdığını söyləyib.

“Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya Federasiyası öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac duyacaq və lazım olan hər şeyi edəcək”, deyə Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər