-3 C
Baku
Sunday, December 15, 2024

Peskov: “Putin Makronla danışmağı planlaşdırmır”

Hələ ki Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında razılaşdırılmış telefon zəngləri planlaşdırılmayıb, lakin bu, hər an görüləcək işlərin qrafikinə salına bilər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Hələlik Makronla hər hansı bir formatda ünsiyyət nəzərdə tutulmayıb. Digər tərəfdən isə, lazım olduğu təqdirdə onunla danışıqlara ehtiyac yarana bilər”, – Kremlin sözçüsü əlavə edib.

Jurnalistlərin suallarını cavablandıran Peskovun sözlərinə görə, Putin Rusiya xalqa videomüraciəti ərəfəsində heç bir xarici dövlət başçısı ilə telefon danışığı aparmayıb.

“Dünən də heç bir telefon danışığı olmayıb”,- Peskov bildirib.

Xatırladaq ki, sentyabrın 20-si Makron bəyan edib ki, yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparacağına ümid edir. Rusiya və Fransa liderləri son dəfə 11 sentyabrda telefonla danışıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər