Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməmək qərarı onun qrafiki və Rusiyada olma zərurəti ilə bağlıdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, dövlət başçısının iş qrafiki və onun Rusiya Federasiyasında olma zəruriliyi ilə bağlı qərarı idi”, – Kremlin sözçüsü jurnalistlərin Rusiya liderinin G20 sammitində niyə iştirak etməmək qərarı verməsi ilə bağlı sualını cavablandırıb.
Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək. Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.