21 C
Baku
Şənbə, May 21, 2022

Peskov: “Putinin Zelenski ilə danışmaq planı yoxdur”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqlar hələ planlaşdırılmır.

Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.

“Xeyr, hələ yox”, – deyə Peskov əlaqəli suala cavab verib.

Peskov xatırladıb ki, hazırda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar gedir. Müzakirənin gedişi barədə Putinə məlumat verildiyini deyən sözçü qeyd edib ki, hazırda hər hansı qiymət vermək tezdir.

Son xəbərlər
Oxşar xəbərlər