7 C
Baku
Sunday, February 5, 2023

Peskov Putinlə Ərdoğan arasında telefon danışığının olacağını təsdiqləməyib

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün telefon danışığını, həmçinin Rusiya və Ukraynadan olan hərbi əsirlərin böyük mübadiləsinin müzakirəsi imkanlarını təsdiqləməyib.

Peskov Putinin beynəlxalq telefon danışıqlarını qabaqcadan anons etmədiklərini bildirib.

“Çünki telefon rabitəsi kifayət qədər hərəkətli mexanizmdir, zamanla dəyişir. Günlər dəyişir. Ona görə də biz ehtiyatlıyıq”, – deyə Kremlin sözçüsü jurnalistlərin bazar ertəsi Putinlə Ərdoğan arasında telefon danışığı, həmçinin Rusiya və Ukraynadan olan hərbi əsirlərin mübadiləsi ilə bağlı müzakirələr planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suallarına cavabında qeyd edib.

O əlavə edib ki, ictimai rəy bəzən hər hansı gecikmələrə və ya dəyişikliklərə həddindən artıq reaksiya verir: “Ona görə də biz heç vaxt qabaqcandan elan etmirik. İndi də etməyəcəyik”, Peskov deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X