15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Peskov Qarabağla bağlı Moskvanın Ankara ilə “tam təmasda” olduğunu deyir

“İndi Dağlıq Qarabağda gərginlikdə kimin haqlı, kimin günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, indi vacib olan hərbi əməliyyatları dayandırmaqdır.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, hazır vasitəçi kimi nizamlanmada rol oynamağa hazırdır. İndi ilk növbədə çox vacibdir ki, döyüş fəaliyyətləri dayandırılsın, kimin haqlı, kimin günahkar olmasını müəyyən etmək əsas deyil. Rusiya hər zaman bərabərölçülü mövqe tutub. Məhz Rusiyanın bu mövqeyi və Ermənistan və Azərbaycanla ənənəvi mehriban münasibətləri ona öz təsirindən istifadə etməyə imkan verir”, – deyə Kremlin sözçüsü bildirib.

O həmçinin qeyd edir ki, “Moskva Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır”.

“Dünən Xarici İşlər nazirləri xətti ilə Ankara ilə təmaslar olub. Rusiya tərəfi Türkiyə ilə tam təmasdadır”, deyə Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında Dağlıq Qarabağla bağlı telefon danışığının planlaşdırılması ilə bağlı suala cavabında vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər