14 C
Baku
Saturday, November 23, 2024

Peskov qazın rublla satılması şərtlərini açıqladı

“Qaz müqavilələrinin rublla ödənilməsi şərtləri Rusiya qazının alıcıları ilə əlaqə qurulduqca aydınlaşdırılacaq”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, prezident dünən bununla bağlı bir həftə ərzində mexanizmin işlənib hazırlanması və ödənişin rublla aparılmasına şərait yaradılması tapşırığını verib.

“Qaz alıcıları ilə əlaqə qurulduğundan, onlara rublla ödəmə şərtləri izah edildiyindən onlar öz mövqelərini formalaşdıracaqlar”, – Peskov bildirib.

O, TASS-ın müxbirinin avropalı alıcıların rublla hesablaşma qərarını müqavilələrin pozulması kimi qəbul edib-etməyəcəyi sualına “Gəlin, o ana qədər gözləyək”, – deyə cavab verib.

Qeyd edək ki, Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edir. Prezident Vladimir Putin bununla bağlı göstəriş verib.

 

 

Son xəbərlər
Digər xəbərlər