5 C
Baku
Saturday, December 14, 2024

Peskov: “Rublla ödəniş sxemi digər mallara da şamil olunacaq”

“Qərb ölkələri qazın pulunu avro ilə ödədikləri kimi, bunu davam etdirəcəklər, lakin “Qazproma” son ödəniş rublla daxil olacaq”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, rublla ödəniş sxemi yeni mal qruplarına da şamil ediləcək.

“Onlar, əslində, necə ödəyiblər, buna görə də müqavilələrdə göstərilən eyni vahidlərdə avro ilə ödəyəcəklər. Ancaq eyni zamanda, son ödəniş yenə də satıcıya – “Qazprom”a – rublla, bu avroya rus rublunu almaqla daxil olacaq. Buna görə də, bəli, bu hələ də sistemin prototipidir. Amma gələcəkdə bunun yeni mal qruplarına da şamil ediləcəyinə şübhəm yoxdur. Və bu xarici ticarət əlaqələrimizdə isə getdikcə daha çox yer tutacaq”.

 

 

Son xəbərlər
Digər xəbərlər