Avropa İttifaqının (Aİ) Rusiya vətəndaşları üçün turist vizalarının verilməsinin məhdudlaşdırılması ilə bağlı müzakirəsi irrasionallıqdan xəbər verir.
Bunu Rusiya Prezidentinin sözçüsü Dimitri Peskov bildirib.
Peskov, həmçinin vurğulayıb ki, Rusiya Avropa İttifaqının ruslar üçün viza ilə bağlı qərarını izləyəcək, onu cavabsız qoymayacaq və öz vətəndaşlarının maraqlarını qoruyacaq.