Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək.
Bunu bazar ertəsi efirə gedən NBC telekanalına müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı böhran uzun sürəcək.
“Bəli, uzun bir böhran olacaq. Biz bir daha Qərbə heç vaxt etibar etməyəcəyik”, – deyə Peskov bildirib.
Müsahibəni aparan jurnalist Keir Simmons Peskovla söhbətin bir saatdan çox davam etdiyini deyib.
Telekanal müsahibənin tam versiyasının göstərilib-göstərilməyəcəyi haqqında məlumat verməyib.