“Rusiya silahlı qüvvələri Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bütün məlumatlar hərtərəfli təhlil edilir. Həmçinin dünyanın müxtəlif ölkələrində yüksək və ali səviyyədə səsləndirilən, müxtəlif beynəlxalq liderlərinin dilə gətirdikləri bəyanatları da səliqə ilə qeyd edirik”, – Kreml rəsmisi deyib.