17 C
Baku
Monday, May 6, 2024

Peskov: Rusiya Ermənistanı itirməkdən qorxmur

“Rusiya və Ermənistan hələ də yaxın müttəfiqdirlər, ona görə də Moskva İrəvanı itirməkdən qorxmur”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Peskov etiraf edib ki, ölkələrin “müəyyən problemləri ola bilər”, lakin Kreml nümayəndəsinin sözlərinə görə, onlar dialoq yolu ilə həll edilməlidir. O əlavə edib ki, Rusiya və Ermənistanın inkişaf məntiqi və milli maraqları iki ölkənin müttəfiqliyini dərinləşdirməyin zəruriliyindən xəbər verir.

Sentyabrın 3-də Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Cənubi Qafqazdan uzaqlaşır. Kreml baş nazirin sözləri ilə razılaşmayaraq, Rusiyanın “bu regionun ayrılmaz hissəsi” olduğunu və buna görə də onu tərk edə bilməyəcəyini vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər