23 C
Baku
Sunday, September 29, 2024

Peskov: Rusiya “nüvə ritorikası”na qoşulmaq niyyətində deyil

Rusiya Federasiyası hazırda Qərb mediası və siyasətçilərinin tez-tez müraciət etdiyi “nüvə ritorikası”na qoşulmaq niyyətində deyil.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “The Times” nəşrinə rəsmi Kremlin Ukrayna yaxınlığında nüvə sınaqları keçirə biləcəyini şərh edərkən bildirib.

Bundan əvvəl “The Times” qəzeti yazıb ki, NATO Alyansın üzvü olan ölkələrə Rusiyanın Ukrayna ilə sərhədlərdə – Qara dənizdə nüvə sınaqları keçirə biləcəyi barədə xəbərdarlıq edib. Nəşr bildirir ki, bu yolla Rusiya Federasiyası kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirə bilər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər