Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsinə dair mövqeyi Rusiyanın nöqteyi-nəzərinə ziddir, lakin bu, ölkələr arasında sıx əməkdaşlığa mane olmur.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü “RT” kanalına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Türkiyə “Qarabağ münaqişəsinin həllində güc ssenarisinin tərəfdarıdır”.
“Bununla əlaqədar olaraq, türkiyəli həmkarlarımızın fikirləri ilə razı deyilik. Lakin bu bizə sıx əməkdaşlıq etməyə mane olmur”, – Peskov bildirib.