9 C
Baku
Sunday, November 17, 2024

Peskov səfərbərliyin başa çatmasına dair hələlik qərar verilmədiyini bildirib

“Bütün ölkəboyu qismən səfərbərliyin başa çatmasına dair hələ ki qərar verilməyib”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, bölgələrin bəziləri artıq səfərbərliklə bağlı planı doldurub.

Xatırladaq ki, oktyabrın 17-si Moskvada qismən səfərbərlik tamamlanıb. Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 14-ü verdiyi açıqlamaya görə isə, ölkədə qismən səfərbərliyin 2 həftə ərzində başa çatdırılması planlaşdırılır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər