26 C
Baku
Saturday, July 27, 2024

Peskov Şuşada qalıqları tapılan “İsgəndər M” raketləri barədə heç nə deyə bilməyəcəyini açıqlayıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İsgəndər M” raketlərinin Şuşada qalıqlarının tapılması barədə danışıb.

Kremlin sözçüsü jurnalistlərin “rezident Vladimir Putinə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş öncəsi Azərbaycan tərəfinin “İsgəndər M” raketinin tapılması ilə bağlı bəyanatı haqqında məruzə olunubmu” sualına belə cavab verib: “Raket haqqında heç nə deyə bilmərəm. Bilmirəm, məlumatım yoxdur”.

Peskov bu gün Putinlə Paşinyanın ikitərəfli gündəmdə duran məsələləri, inteqrasiya proseslərini, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklərini söyləyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər