13 C
Baku
Sunday, September 29, 2024

Peskov: “Yaxın perspektivdə Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır”

“Yaxın perspektivdə Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır, lakin rəsmi Moskva öz platformasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün səylərini davam etdirməyə hazırdır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mətbuat katibi bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə vermək istiqamətində işini davam etdirir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla planlaşdırılan görüşün baş tutmayacağını söyləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər